İrandan Bakıya "Fokker 100" təyyarələrinin uçuşu gözlənilir

İrandan Bakıya "Fokker 100" təyyarələrinin uçuşu gözlənilir
19:43 22 May 2019
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranın təmir etdiyi "Fokker 100" təyyarəsi qonşu ölkələrə - Bakı, İstanbul və Dubaya uçuşlar həyata keçirə bilərlər.

Trend-in məlumatına görə, bunu "İranAir" Hava Yolları Şirkətinin təmir və mühəndislik idarəsinin müdiri Mahmud Naderi jurnalistlərə açıqlamasında deyib.

M.Naderinin sözlərinə görə, təxminən 2 il yarım idi ki, köhnə olması səbəbindən bu təyyarə uçuşlar keçirmirdi. Lakin İran daxilində təyyarə təmir olunaraq parka əlavə edilib.

Şirkət rəsmisi əlavə edib ki, qeyd olunan ölkələrin aeroportları dəyişilən yedək hissələrin təhlükəsizliyinin beynəlxalq dairələr tərəfindən təsdiqləndiyini nəzərə alaraq bu təyyarənin eniş etməsinə icazə verəcəklər:

“Ümumilikdə təmir olunan təyyarənin Avropa İttifaqı ölkələri istisna olmaqla, başqa ölkələrə uçuşunda təhlükəsizlik baxımından heç bir problemi yoxdur”.

İranAir-in mühəndisləri təyyarəni minimum xərclə ölkə daxilində təmir ediblər.

Bununla yanaşı, iki ədəd "Airbus" təyyarəsi də təmir olunaraq parka veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3066070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR