B6 və B12 vitamini çox qəbul etmək bud-çanaq sümüklərini kövrəkləşdirir - Sınıq riski artır

B6 və B12 vitamini çox qəbul etmək bud-çanaq sümüklərini kövrəkləşdirir - Sınıq riski artır
22:27 22 May 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikalı mütəxəssislərin yeni araşdırmasına görə, orta yaşlı və yaşlı qadınların B6, B 12 vitaminlərini BAD olaraq əlavə qəbul etməsi onlara faydadan çox, zərərlidir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, yaşlı insanda bu vitamin çoxluğu çanaq sümüklərinin sınmasına səbəb olur. 

Belə ki, hazırda ABŞ dietik həkim tövsiyyələrinə görə, 50 yaşdan yuxarı qadınlar gündə 1,5 mq B6 vitamini, 14 yaşdan 50 yaşa kimi qız və qadınlar isə 2,4 mikroqramma B 12 vitamini qəbul etməlidir. 

Yeni elmi tədqiqatda alimlər 76.000 nəfər amerikalı tibb bacısını 21 il ərzində izləyib, hər 4 ildən bir onların qida rasionunu incələyib. Demək olar, bütün qadınlar qida əlavəsi kimi B6 və B 12 qəbul ediblər. 

60-75 yaş arasında onlardan 2300 nəfərində omba-çanaq sınığı qeydə alınıb. 
Daha az dozada vitamin qəbul edən qadınlarla müqayisədə bu 47% çox idi. 

" Çox insanlar vitamin dərmanlarını dəqiq göstəriş olmadan, dozaya riayət etmədən qəbul edir. Aptek və internetdən özbaşına sifariş edir - deyə tədqiqatın müəllifi Haakon Mayer bildirib - yüksək dozada vitamin qəbulu əks təsir edə bilər".

Qeyd edək ki, B 6 vitamini immun sistemi möhkəmlədir, o, ət, balıq, tərəvəzlərdə var. B 12 isə balıq, yumurta, süd məhsullarındadır.
Ona görə 50 yaşdan sonra insanlara süd və süd məhsulları çox yemək tövsiyyə olunmur. 

Əgər siz normal qidalarla qidalanıb, təbii olaraq vitamin alırsızsa, süni vitaminlərə və BAD-lara ehtiyac yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/756950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR