Soyuq yay şorbası - Bişirilmir - RESEPT

Soyuq yay şorbası - Bişirilmir - RESEPT
23:12 22 May 2019
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaxşı soyuq şorbalarından hesab olunan, ispan mətbəxinə aid olan Qaspaço ən faydalı, asan hazırlanan, dadlı təam olaraq uşaqdan böyüyə çoxlarının sevimli yeməyidir.

İsti aylarda qazın qarşısında dayanmaq istəməyənlər bu şorbanı hazırlaya bilər.

Milli.Az medicina.az-a istinadən çox restoranlarda baha qiymətə təqdim olunan qaspaço reseptini təqdim edir:

Ərzaqlar:

Pomidor - 3 ədəd
Xiyar - 3 ədəd
Qırmızı bolqar bibəri - 1 ədəd
Soğan -yarım
Sarımsaq -2 diş
Zeytun yağı - 70 ml
Duz, istiot

Hazırlanması:

Tərəvəzlər yuyulur, orta ölçüdə blender üçün doğranılır. Blenderə əvvəlcə yağ, soğan, sarımsaq, duz, istiot əlavə olunur və qarışdırılır. Daha sonra tədricən xiyar, bibər, sonra pomidor da əlavə edilir blenderdə qarışdırılır.

Alınmış şorba qazana tökülüb, soyuducuda 1 saat saxlanılır. Süfrəyə verəndə üzərinə göyərti və ya tərkibindəki tərəvəzlədən çox xırda doğrayıb tökmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/kilinariya/756930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR