Kirit adası yaxınlığındakı yük gəmisindən xilas edilənlər xəstəxanaya yerləşdiriliblər
Gəminin fırtınaya dözə bilməyəcəyini görən türk kapitan yunanlardan kömək istəyib. Səhər saatlarında onlara gəmini tərk etmək əmri verilib. Ancaq kapitan son anda gəmiyə nəzarəti bərpa etdiyini deyərək bu əmrə riayət etməyib.
Günorta saatlarında hava yenidən kəskinləşib. Kapitan kömək üçün ikinci dəfə müraciət etməli olub.
Yunan Dəniz Qüvvələrinə məxsus Super Puma tipli helikopter gəmidə olan 3 türk, 2 azərbaycanlı və 1 gürcünü xilas edib. Xilas edilən gəmi heyəti Souda limanında xəstəxanaya yerləşdiriliblər.
Yunanıstanın təhlükəsizlik qüvvələri limandan 1,5 mil uzaqda kimsəsiz qalan gəmiyə nəzarət edirlər.
Milli.Az