Samboçumuz erməniyə qalib gəldi

Samboçumuz erməniyə qalib gəldi
02:43 23 May 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti mükafatını qazanıb.

Publika.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, İspaniyanın Xixon şəhərində keçirilən Avropa çempionatına qatılan idmançımız döyüş sambosunda qüvvəsini sınayıb.

82 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar ilk qarşılaşmada ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan samboçumuz bürünc medal uğrunda görüşə çıxıb. Ermənistan samboçusu Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/279616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR