Google istifadəçilərin satınalmasını izləyir?

Google istifadəçilərin satınalmasını izləyir?
08:22 23 May 2019
Ölkə mətbuatı
A- A+

"Google" istifadəçilər tərəfindən edilmiş satınalmalar haqqında informasiyanı yadda saxlayır. "CNBC"-nin jurnalisti Todd Heyzelton buna diqqət yönəldib. O, "Satınalmalar" (Purchases) vərəqində son 5 il ərzində bütün öz satınalmalarının siyahısını aşkar edib. Bütün istifadəçilər müvafiq bölməyə daxil ola bilərlər.

"Mən internet xidmətlər və ya "Amazon", "DoorDash" və ya "Seamless" kimi proqramların köməyilə alış-veriş etmişəm, "Google"dan heç vaxt istifadə etməmişəm" - Heyzelton deyib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, jurnalistin sözlərinə görə, satınalmaların siyahısı "Google"da ona görə əlçatan olub ki, elektron qəbzlər "Gmail" poçtuna göndərilib.

"Google"un nümayəndələri bildiriblər ki, satınalmalar haqqında məlumatlar yalnız istifadəçilərin özünə əlçatandır və digər şəxslərdən gizlədilib. Şirkətdən əmin ediblər ki, xidmət istifadəçilərin rahatlığı üçün yaradılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/756690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR