Akrobatın dəhşətli sonu -12 metr yüksəklikdən...

Antalyada məşq zamanı 12 metr yüksəklikdən yerə yıxılan 37 yaşındaki kolumbiyalı akrobat Angeliqe Suarez dünyasını dəyişib. Ağır yaralanan iki akrobat isə xəstəxanaya yerləşdirilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, faciə Antalya Belekdə fəaliyyət göstərən əyləncə mərkəzində yaşanıb.

Belə ki, sirk çadırında məşq edən 3 akrobat 12 metr yüksəklikdən yerə yıxılıb. Yaralanan akrobatlar xəstəxanaya çatdırılsa da onlardan biri dünyasını dəyişib.

Şouları ilə hər kəsi heyran buraxan Angeliqe Suarezin ölümü ölkəsində böyük səs-küyə səbəb olub.

Akrobatın nəşi ölkəsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR