Birgə fəaliyyət nəticəsində qanunsuz ticarət dövriyyəsindən təxminən 10 kq narkotik çıxarılıb

Xəbər verdiyimiz kimi, Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilir.

Metbuat.az-ın məlumatına görə, tədbirlə bağlı jurnalistlərə açıqlama verən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev bildirib ki, tədbirdə əsasən MDB çərçivəsində fəaliyyət göstərən Gömrük Komitələrində baş vermiş hüquq pozuntu faktlarının araşdırılması, baş vermə səbəbləri və onların qarşısı alınması müzakirə olunur: "

Bu istər iqtisadi sahədə baş vermiş hüquq pozuntuları, istər narkotiklərin qeyri-qanuni dövriyyəsi, istərsə də valyutanın qeyri-qanuni dövriyyəsi ilə bağlı, ən əsası isə artan internet ticarəti istiqamətində baş vermiş hüquq pozuntularının araşdırılması və bunlara qarşı mübarizə üsulları müzakirə olunur. Görüşdə həm də potensialın gücləndirilməsi və bu sahədə çalışan əməkdaşlarımızın bilik səviyyələrinin artırılması gündəmdədir. Sonda isə növbəti görüşə qədər yekdil qərar qəbul ediləcək".

Rusiya Federal Gömrük Xidmətinin müavini Oleq Qubaydulin isə jurnalistlərə açıqlamasında bildirib ki, iqtisadi cinayətlər həm Azərbaycanın, həm Rusiyanın, həm də ümumilikdə MDB üzvü olan digər ölkələrin iqtisadiyyatına ciddi ziyan vurur: "Ona görə də əsas istiqamətlərdən biri iqtisadi cinayətlərə qarşı mübarizədir. Digər vacib məsələlərdən biri də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədir. Ona görə də biz, birgə əməkdaşlıq formasına daha çox diqqət yetiririk. Xarici ölkələrdəki həmkarlarımızla birgə fəaliyyətimiz nəticəsində qanunsuz ticarət dövriyyəsindən təxminən 10 kq narkotik çıxarılıb.

Fikrimcə, bu işin təşkilində bizim böyük rezervlərimiz var. Burada vacib məsələlərdən biri də odur ki, gömrük əməkdaşlığımız vahid qaydalarla həyata keçirilsin". Bildirib ki, qanun pozuntularının əsas növləri pulların və malların qanunsuz tədarükü, bir də qeyd etdiyim kimi narkotik qaçaqmalçılığı ilə mübarizədir. Bugünkü tədbirimizdə birgə əməkdaşlığımızın mexanizmlərinin təkmilləşdirilməsini müzakirə edəcəyik, xüsusilə də nəzarət olunan tədarük forması üzrə əməkdaşlıqda işin təşkilinin yenilənməsini müzakirə edəcəyik".

Günay Elşadqızı / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR