"Panasonic" şirkəti "Huawei" ilə əməkdaşlığın dayandırması ilə bağlı xəbərləri təkzib edib

"Panasonic" şirkəti "Huawei" ilə əməkdaşlığın dayandırması ilə bağlı xəbərləri təkzib edib
12:52 23 May 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Panasonic" şirkəti ABŞ tərəfdən edilən təzyiqlərin artması fonunda Çinin "Huawei" şirkəti ilə əməkdaşlığı dayandırmasına dair yayılan xəbərləri təkzib edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Yaponiya şirkəti yaydığı bəyanatda "Huawei" üçün tədarüklərin adi qaydada davam etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Huawei" şirkətini ABŞ bazarından tamamilə ayırmaq üçün fövqəladə vəziyyət rejimi elan edib. "Google", "Qualcomm", "Intel", "Broadcom" və digər mikroçip və proqram təminatı istehsalçıları Çin şirkətləri ilə əməkdaşlığı dayandırıb.


Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/panasonic-huawei-ile-emekdasligi-dayandirmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR