Elinanın intihar etdiyi məktəbə müvəqqəti direktor təyin edildi

Elinanın intihar etdiyi məktəbə müvəqqəti direktor təyin edildi
15:05 23 May 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl direktoru işdən azad olunan 162 saylı məktəbə müvəqqəti rəhbərlik Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşına tapşırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən şəxs Yaqut Məmmədovadır.

BŞTİ-dən faktı təsdiqləyiblər.

Qurumdan bildirilib ki, məktəbə hələlik təyinat olmasa da, direktor vəzifəsinin icrası Y.Məmmədovaya həvalə edilib.

O, bundan əvvəl Bakı şəhəri 20 nömrəli orta məktəbin direktoru olub.

Qeyd edək ki, bir müddət əvvəl səkkizinci sinif şagirdi Elina Hacıyevanın intiharından sonra 162 saylı məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən azad edilib. Onun barəsində cinayət işi başlanıb. Hazırda ev dustağıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/educations/757281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR