Günahsız olsa da, 45 il həbs yatdı

Günahsız olsa da, 45 il həbs yatdı
15:17 23 May 2019
108 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ vətəndaşı Riçard Filipsə 1971-ci ildə etdiyi soyğunda ölümə səbəb olduğuna görə ömürlük həbs cəzası verilmişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hadisə zamanı şahidlərdən birinin yalan ifadə verməsi onun 45 il həbs yatmasına səbəb olub.

Ötən il ölüm hadisəsində günahkar olmadığı ortaya çıxan Riçard ABŞ tarixində günahsız ola-ola ən uzun müddətli həbs yatan məhkum elan olunub.

Dövlət bu yanlış anlaşılmaya görə ona 1,5 milyon dollar (təxminən, 2,5 milyon manat) təzminat verəcək.

Qeyd edək ki, Miçiqan əyalətində günahsız olduğu halda həbs yatan məhbuslara hər ilə görə 50 min dollar təzminat verilir. Belə olan halda Riçarda 2 milyon dollar təzminat düşsə də, onun soyğunda əlinin olması məbləği azaldıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/757231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR