Saakaşvili Ukrayna vətəndaşlığının qaytarılmasını istəyir

Saakaşvili Ukrayna vətəndaşlığının qaytarılmasını istəyir
15:19 23 May 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskidən vətəndaşlığını qaytarmasını xahiş edib. 
 
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, Saakaşvilinin vəkili Ruslan Çernautski bununla bağlı məktubu artıq Ukrayna Prezident Administrasiyasına çatdırıldığını bildirib. 
 
Sabiq prezident məktubda qeyd edib ki, onun Ukrayna vətəndaşlığı qeyri-qanuni olaraq ləğv edilib. Bildirib ki, beynəlxalq qanunvericiliyə əsasən, ikili vətəndaşlığı olmayan hər hansı bir şəxsi vətəndaşlıqdan çıxarmaq mümkün deyil. 
 
Mixeil Saakaşvili hər hansı bir vəzifə və ya üstünlüyə ehtiyac duymadığını qeyd edib. 
 
Xatırladaq  ki, Ukraynanın sabiq prezidenti Petro Poroşenko Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin vətəndaşlığını 2017-ci ilin iyulunda ləğv edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR