Malayziyanın keçmiş kralının vəfatı ilə bağlı səfirlikdə xatirə kitabı açılıb

Malayziyanın keçmiş kralının vəfatı ilə bağlı səfirlikdə xatirə kitabı açılıb
15:47 23 May 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Malayziyanın 1979-1984-cü illərdə kralı olmuş, hazırkı kralın atası Əhməd Şah əl Müstəin ibn əl Məhrumun vəfat etməsilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
“Report” xəbər verir ki, Bakı şəhəri, Ceyhun bəy Hacıbəyli küçəsi, keçid 2, ev 2 ünvanında yerləşən səfirliyə mayın 24 və 27-si saat 11-dən 15-dək gəlib xatirə kitabına başsağlığı qeydi yazmaq olar.
Xatırladaq ki, 89 yaşlı sultan Əhməd Şahın ötən gün Ürək Xəstəlikləri İnstitutunda vəfat etməsi ilə bağlı Pəhanq ştatında vətəndaşlar üçün 40 gün, kral ailəsi üzvləri üçün isə 100 gün matəm elan olunub.
Dəfn mərasimi Pəhanq ştatındakı Kral məqbərəsində bu gün axşam namazından sonra keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/malayziyanin-kecmis-kralinin-olmesine-gore-xatire-kitabi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR