UEFA Azərbaycana görə ayağa qalxdı - İngilislərə SƏRT XƏBƏRDARLIQ

UEFA Azərbaycana görə ayağa qalxdı - İngilislərə SƏRT XƏBƏRDARLIQ
15:53 23 May 2019
119 İdman
Ölkə mətbuatı
A- A+

UEFA "Arsenal"a xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, ali futbol qurumu kluba Avropa Liqasının finalının Azərbaycanda keçirilməsinə istəməyən azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırıb.

Qurum topçuların azarkeşlərinin erməni futbolçu Henrik Mxitaryanın Azərbaycana gələ bilməməsinə görə nümayiş edə bilmə ehtimalına qarşı bu addımı atıb.

Qeyd edək ki, Azərbaycan Respublikası erməni futbolçunun təhlükəsizliyi üçün bütün tədbirləri görsə də, "Arsenal" H.Mxitaryanı öz qərarı çərçivəsində Bakıya gətirməyəcək.

Avropa Liqası finalı "Arsenal" və "Çelsi" arasında mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/279682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR