PAŞA Bank "Azərbaycan bazarında alternativ maliyyə alətləri" adlı seminara ev sahibliyi etdi

PAŞA Bank "Azərbaycan bazarında alternativ maliyyə alətləri" adlı seminara ev sahibliyi etdi
15:55 23 May 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank Deloitte Azərbaycan şirkəti ilə əməkdaşlıqda yerli sahibkarlar üçün "Azərbaycan bazarında alternativ maliyyə alətləri" mövzusunda seminar keçirib.

Tədbirin əsas spikerləri qismində PAŞA Bankın Debitorların maliyyələşdirilməsi şöbəsinin rəhbəri Aynurə Piriyeva və Ticarətin maliyyələşdirilməsi şöbəsinin rəhbəri Marat Dustaliyev çıxış edib.

Tədbir əsnasında biznes nümayəndələri və dəvət edilmiş ekspertlər dövriyyə vəsaitlərinin həcminin artırılmasının effektiv mexanizmləri, ticarətin maliyyələşdirilməsinin üstünlükləri, sahibkarlar üçün açılan yeni imkanlar və s. suallar ətrafında müzakirələr aparıb.

Qeyd edək ki, tədbirdə 40-dan çox yerli sahibkar iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/finance/3066850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR