Hindistanda seçkinin nəticələri bilindi

Hindistanda Baş nazir Narendra Modinin Hindistan Xalq Partiyası (BJP) ölkənin yeddi mərhələli parlament seçkilərində qələbə qazanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Seçki Komissiyasının ilkin məlumatlarına görə, BJP parlamentin alt qanadı Lok Sabhadakı (Xalq Məclisi) 542 yerdən 299-nu qazanıb və təkbaşına hökuməti formalaşdırmaq üçün lazım olan üstünlüyü əldə edib.

Baş nazir Modi Tvitterdəki hesabında ölkə olaraq birlikdə gücləndiklərini və rifaha çatdıqlarını qeyd edərək “Hindistan yenə qazandı!” deyib. Seçkinin yekun nəticələrinin ən geci bu axşam elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, dünyada ən parlament seçkisi sayılan Hindistandakı parlament seçkisi yeddi mərhələdə keçirilib və təxminən qeydiyyatda olan 900 milyon seçici səsvermədə iştirak edib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR