AFFA finala olan 4500 bileti UEFA-dan götürüb - RƏSMİ

"UEFA Avropa Liqasının finalçılarına, yəni “Arsenal” və “Çelsi” klublarına ayrı-ayrılıqda 6000 bilet ayrılmışdı. “Arsenal” artıq bu biletlərdən 4500-nü reallaşdırıb, öz azerkeşlərinə satıb, “Çelsi” isə 3500-nü reallaşdırıb. Ümumilikdə 4500 bilet qalıb".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullayev İngilis mətbuatında “Arsenal” və “Çelsi” klublarının onlara ayrılan 6000-dən çox bileti sata bilməməsi və geri qaytarması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

O, qeyd edib: "Oyuna az müddət qaldığına görə, AFFA UEFA-ya həmin biletlərin Azərbaycan sakinlərinə satılması üçün müraciət etdi. Bizə hər gün çoxlu sorğu gəlir və oyunu izləmək istəyənlərin sayı üstünlük təşkil edir. Biz həmin 4500 bileti UEFA-dan götürdük və dünəndən Bakıda kassalarda biletlərin satışına başlamışıq. İngiltərə mətbuatında son günlər Azərbaycanla bağlı neqativ yazılar dərc olunmaqdadır. Bu məlumat da həmin kampaniyanın bir hissəsidir. Bizim dediyimiz rəqəmlər AFFA-nın UEFA-dan aldığı rəsmi məlumatdır” - deyə F.Abdullayev əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR