Səs vasitəsilə məlumatların ötürülməsi texnologiyası hazırlanır

Səs vasitəsilə  məlumatların ötürülməsi texnologiyası  hazırlanır
16:35 23 May 2019
Ölkə mətbuatı
A- A+

M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin radiorabitə və yayım kafedrasının alimləri səsin köməyi ilə məlumatların ötürülməsi protokolunu hazırlayırlar. Bu protokol "Əşyalar interneti" texnologiyasının işində istifadə edilə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, səsucaldan vasitəsilə yeni protokolun köməyi ilə qurğulara proqram təminatının yenilənməsini və ya hər hansı komandaları ötürmək mümkündür.

 

Hələ ki sözügedən texnologiyanın işləmə detalları və mühəndislərin məlumatları ötürmək üçün nədən istifadə edəcəkləri bilinmir.

 

Hazırda "Əşyalar interneti" texnologiyasında məlumatların ötürülməsi üçün əsas şəbəkə "5G" hesab edilir və bir çox ölkələr onun tətbiqinə başlamaqdadır.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60943-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR