Pensiyaçıların nəzərinə!

Pensiyaçıların nəzərinə!
15:46 15 Yanvar 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sosial Müdafiə Fondunun sədri vətəndaşlarla görüşəcək.

ANS PRESS-in verdiyi məlumata görə, DSMF-nin sədri Elman Mehdiyev Xaçmazda 5 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 22 yanvar 2015-ci il tarixdə, saat 11:00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Xaçmaz rayon şöbəsində (02332) 5-05-25
Quba rayon şöbəsində (02333) 5-26-15
Qusar rayon şöbəsində (02338) 5-40-94
Şabran rayon şöbəsində (02335) 3-39-48
Siyəzən rayon şöbəsində (02330) 4-09-04

Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=319873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR