Çin ABŞ-dan “Vahid Çin” prinsipinə hörmətlə yanaşmağı tələb edir

Çin iki döyüş gəmisini Tayvan boğazına göndərən ABŞ-a xəbərdarlıq edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan bu gün keçirdiyi mətbuat konfransında ABŞ-dan "Vahid Çin" prinsipinə hörmətlə yanaşmağı tələb edib.

“Çin ABŞ hərbi gəmilərinin Tayvan boğazından keçidini yaxından izləyib və bununla əlaqədar ABŞ-a narazılığını bildirib” deyən XİN rəsmisi bildirib ki, Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin ən vacib və həssas hissəsidir:“ABŞ-ı razılaşdırılmış "Vahid Çin" siyasətini və imzalanmış 3 Çin-ABŞ birgə kommünikesini dəstəkləməyə çağırırıq”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR