Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi

Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi
16:47 23 May 2019
138 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqtonun Ankaraya ultimatum verməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbərinin müavini Yavuz Selim Kıran Vaşinqton səfəri çərçivəsində verdiyi açıqlamada bildirib.

Diplomat bundan əvvəl KİV-də ABŞ-ın "Patriot" sistemlərinin tədarükü müqabilində Ankaradan S-400 zenit raket sistemlərindən imtinanı tələb etməsi ilə bağlı yayılan informasiyanın "rəsmi səviyyədə səslənmədiyini" dilə gətirib.

Kıranın sözlərinə görə, belə şayiələr mart ayında da yayılmışdı. Belə ki, Vaşinqton zenit-raket komplekslərinin tədarükü ilə bağlı əvvəlki təklifini yeniləmişdi.

"Rəsmi səviyyədə belə bir çağırış olmayıb. Mart ayında ABŞ "Patriot" zenit-raket komplekslərinin tədarükü üzrə təkliflərini yeniləyib. Biz hesab edirik ki, söhbət bu təklifdən gedir", - deyə Y.Kıran vurğulayıb.

Türkiyəli XİN rəsmisi Ankaranın ABŞ-ın CAATSA qanunu çərçivəsində Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə qarşı çıxır, belə ki, S-400 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqavilə Moskva ilə hələ bu qanun qəbul olunmazdan əvvəl imzalanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/757255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR