SOCAR: Bakı Neft Emalı Zavoduna 110 min ton Aİ-92 benzininin idxal olunması planlaşdırılır

SOCAR: Bakı Neft Emalı Zavoduna 110 min ton Aİ-92 benzininin idxal olunması planlaşdırılır
16:50 23 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ilin oktyabrında 110 min ton Aİ-92 benzini idxal etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın emal məsələləri üzrə vitse-prezidenti Davud Məmmədov deyib.

Onun sözlərinə görə, zavod oktyabrın birində istehsalı dayandıracaq. “Azərikimya” İstehsalat Birliyi də oktyabrın 1-dən başlayaraq istehsalı 40 gün müddətinə dayandıracaq:

“İstisna deyil ki, Aİ-92 benzini RusiyaTürkmənistandan satın alınacaq. Amma bu həm də qiymətlərdən də asılı olacaq, bununla bağlı digər variantlar nəzərdən keçiriləcək”.

Vitse-prezident bildirib ki, SOCAR zavodun modernləşdirilmıəsini 2021-ci ilədək bitirməyi planlaşdırır. Bundan sonra zavodda neft emalı işə düşəcək ki, bu da emal prosesini 2023-24-ci illərdə 7,5 milyon tonadək çatdırmağa imkan verəcək:

“Həmin vaxtadək Azərbaycan “Abşeron”, “Ümid”, “Babək” və digər yataqlardan kondensat hasilatını artırmaq niyyətindədir”.

D.Məmmədov əlavə edib ki, Azərbaycan 2019-cu ildə dünya bazarında 11 min tonadək mayeləşdirilmiş karbohidrogen qazı və 400 min tonadək dizel yanacağı satmağı planlaşdırır

Onun sözlərinə görə, dizel yanacağının alıcıları Qara dəniz və Aralıq dənizi ölkələri, mayeləşdirilmiş karbohidrogen qazının alıcıları isə GürcüstanƏfqanıstan olub.

Vitse-prezident onu da bildirib ki, SOCAR bu il yeni “SOCAR Polymer” müəssisəsində polipropilen və polietilen istehsalını artıraraq ümumi həcmi 100 min tonadək çatdırmaq niyyətindədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3066881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR