"Barselona" "kabus"unu transfer etmək istəyir

"Barselona" "kabus"unu transfer etmək istəyir
16:52 23 May 2019
118 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" uruqvaylı hücumçusu Luis Suaresə alternativ axtarır.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, katalonlar transfer siyahısına "Liverpul"un forvardı Divok Oricini yazıb.

bərdə "Barselona"nın "Tottenhem"in hücumçusu Fernando Lyorente ilə də maraqlandığı vurğulanıb.

Divok Orici Çempionlar Liqasının yarımfinal mərhələsinin "Enfild"də keçirilən cavab görüşündə "Barselona"ya iki qol vurmuşdu.

24 yaşlı belçikalı hücumçunun "qırmızılar"la 2020-ci ilə qədər müqaviləsi var. O, bu mövsüm 21 oyuna 7 qol vurub, 2 assist edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/757256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR