Milli komandanın futbolçusu "Yuventus"la 5 illik müqavilə imzalayacaq - 20 milyon avroya

Milli komandanın futbolçusu "Yuventus"la 5 illik müqavilə imzalayacaq - 20 milyon avroya
16:58 23 May 2019
131 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyəli futbolçu Merih Demiral İtaliyanın “Yuventus” klubuna transfer olacaq.

Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” informasiya yayıb.

Xəbərə görə, artıq bir rəsmi görüş keçirilib. Demiralın meneceri ilə klubun idman direktoru Fabio Paratici arasında baş tutan görüşdə 21 yaşlı futbolçu üçün 5 illik müqaviləyə dair razılığa gəlinib. “Yuventus”a transfer qarşılığında 20 milyon avro ödəmə tələbi göndəriləcək.

“Fənərbaxça”nın akademiyasından çıxaraq “Sportinq”ə ödənişsiz transfer olan Merih Demiral daha sonra “Alanyaspor” keçib. Buradakı əvəzsiz performansı ilə Türkiyə milli komandasının əsas heyətinə də düşməyi bacarıb. Daha sonra İtaliya Seriya A təmsilçisi “Sassuolo”ya 7 milyon avro qarşılığında transfer olub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/279676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR