İNANILMAZ! Ölən adamın mədəsindəki qalıqlardan əncir ağacı yetişdi

1974-cü ilin 20 iyul-18 avqust tarixlərində Şimali Kipr və Cənubi Kipr arasında baş verən qarşıdurmada minlərlə insan evindən olub, yüzlərlə insan həyatını itirib, onlarla insan isə itkin düşüb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, hərakatdan əvvəl qarşıdurma davam edərkən Türk Müqavimət Təşkilatına qatılan Əhməd Hergüner 10 iyun 1974-cü il tarixində itkin düşür və ailəsi ondan illərlə xəbər ala bilməyib.

2011-ci ildə Ksenofon Kallis adlı araşdırmaçı Paraklişa kəndindəki dağlıq ərazidə həmin bölgədə yetişməyən bir əncir ağacı görüb və şübhələnərək vəzifəli şəxslərə bildirib.

Mağaranın içində yerləşən və o hündürlükdə yetişməsi mümkün olmayan əncir ağacı kəsilib, qazıntılar aparılıb və həmin ərazidən üç fərqli şəxsin cəsədi tapılıb.

Araşdırmalar zamanı bölgədə yetişməyən angoriniga əncirinin kimlərin evində olduğuna baxıblar və Hürgner ailəsi ilə qarşılaşıblar.

DNT testləri nəticəsində cəsədlərdən birinin illər əvvəl itkin düşən Əhməd Hergünerə aid olduğu ortaya çıxıb. Əhməd Hergüner evinin həyətindəki ağacdan əncir qoparıb, yemiş daha sonra isə yunan əsgərləri tərəfindən mağarada dinamitlənərək üç dostu ilə birlikdə öldürülüb.

Mağara dinamitləndikdən sonra ortaya çıxan nəhəng çuxurla mağaraya günəş işığı dolmuş və günəşdən faydalanan Əhməd Hergünerin mədəsindəki əncir çəyirdəyi də bir ağaca həyat vermişdi.

Film Gibi! Ölen Adamın Midesindeki Artıklardan İncir Ağacı Yetişti

Film Gibi! Ölen Adamın Midesindeki Artıklardan İncir Ağacı Yetişti

Film Gibi! Ölen Adamın Midesindeki Artıklardan İncir Ağacı Yetişti

https://metbuat.az/news/1194546/kucenin-ortasinda-dehsetli-cinayet.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR