Gürcüstanın XİN başçısı Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyəti ilə bağlı gözləntilərini açıqlayıb

Gürcüstanın XİN başçısı Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyəti ilə bağlı gözləntilərini açıqlayıb
18:07 23 May 2019
33 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyəti ilə bağlı gözləntilərini açıqlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, nazir Gürcüstan tərəfinin dövlət maraqlarından çıxış edəcəyini bildirib.
"Əgər kimsə komissiyanın Gürcüstanın maraqlarına cavab verməyən hər hansı bir qərar qəbul edəcəyini düşünürsə, çox səhv edir. Biz dövlət maraqları və iki ölkə arasında mövcud strateji münasibətləri əsas tutaraq hərəkət edəcəyik”, - deyə o vurğulayıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/gurcustanin-xi-n-bascisi-azerbaycanla-serhedin-delimitasiyasi-uzre-komissiyanin-fealiyyeti-ile-bagli-gozlentilerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR