“Fənərbağça”nın futbolçusu Yunanıstan klubunda

“Fənərbağça”nın futbolçusu Yunanıstan klubunda
19:12 23 May 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbağça"nın futbolçusu Matye Valbuena karyerasını Yunanıstanda davam etdirəcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, fransız cinah hücumçusu "Olimpiakos" klubuna transfer olunacaq. Bu barədə Pirey təmsilçisinin prezidenti Evangelos Marinakis yerli mətbuata açıqlamasında deyib. O, Valbuena ilə razılaşdıqlarını və yaxın günlərdə rəsmi açıqlama verəcəklərini bildirib.

2017-ci ildən "Fənərbağça"da forma geyinən 34 yaşlı futbolçu, cari mövsümdə 31 qarşılaşmada iştirak edərək, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/757320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR