Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

Zelenski Rusiya ilə danışıqlardan imtina etdi
19:37 23 May 2019
122 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların aparılması imkanını istisna edir. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İctimai Televiziyasının saytında məlumat yerləşdirilib.

"İctimai Televiziyanın əməkdaşının "Rusiya ilə danışıqlar olacaqmı" sualına Zelenski "xeyr" cavabını verib" - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan bəyan etmişdi ki, Zelenski Rusiya ilə danışıqlar məsələsi üzrə referendum keçirmək niyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/757350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR