Gürcüstan Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verdi

Gürcüstan Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verdi
22:48 23 May 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

"Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın Bakıda bu gün başlayan ilk iclasında ekspertlər səviyyəsində görüş olub".

Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə komissiyanın Gürcüstan tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Laşa Darsalia "Interpressnews" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sabah komissiyanın iclası davam etdiriləcək: "İclasın ilk günündə tərəflər bir-birlərinə öz mövqe və arqumentlərini təqdim ediblər. Sabah iş davam etdiriləcək. Buna görə də nəticələr barədə danışmaq hələ tezdir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/279724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR