İsraildə güclü yanğını: qəsəbələr təxliyə olundu

İsraildə güclü yanğını: qəsəbələr təxliyə olundu
23:23 23 May 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin mərkəzi hissəsində güclü yanğınlar səbəbindən qəsəbələr və magistral yollar bağlanıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, yanğınlar Qüds və Modiin şəhərlərində qeydə alınıb.

Cümə axşamı günündən başlayan quru və isti havanın yanğının yayılmasının əsas səbəbi olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının rəsmisi Miki Rozenfeldin sözlərinə görə, polis və xilasetmə qrupları Qüds və Modiinin ərazisində yanğını söndürməyə çalışır, yollar baglanıb və Modiin ətrafında qəsəbələr təxliyə olunub.

Yanğınlara qarşı yerüstü vasitələrlə yanaşı, xüsusi aviasiya mübarizə aparır.

Hökumət dəftərxanasından verilən məlumata görə, ölkənin baş naziri Benyamin Netanyahu profil idarələrə meşə yanğınlarının söndürülməsində xaricdən təcili kömək tələb etmək barədə tapşırıq verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/279725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR