Çində qayığın aşması nəticəsində azı 5 nəfər ölüb, 13 nəfər itkin düşüb

Çində qayığın aşması nəticəsində azı 5 nəfər ölüb, 13 nəfər itkin düşüb
04:32 24 May 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Çində qayığın aşması nəticəsində azı 5 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilir ki, hadisə mayın 23-də, axşam saatlarında baş verib. Hadisə zamanı həmçinin daha 13 nəfər itkin düşüb.
Məlumata görə, qəza zamanı qayıqda ümumilikdə 29 nəfər olub. Onlardan 11-i xilas edilib, həmin şəxslərə tibbi yardım göstərilib. İtkin düşən digər sərnişinlərin axtarışına başlanılıb.
Hadisənin başvermə səbəbi araşdırılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-qayigin-asmasi-neticesinde-5-nefer-olub-13-nefer-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR