Mingəçevirdə mikroavtobus süd satan qadını vuraraq öldürdü

Mingəçevirdə mikroavtobus süd satan qadını vuraraq öldürdü
08:09 24 May 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində mikroavtobus yolu keçən süd satan piyadanı vuraraq öldürüb
 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər tezdən şəhərin Təbriz küçəsində baş verib.
 
Belə ki, 4 saylı marşurut üzrə hərəkət edən sprinter mikroavtobus kimliyi hələlik məlum olmayan, təqribən 55-60 yaşlı qadını vuraraq ağır xəsarət yetirib. Hadisə piyada yolu keçmək istəyərkən baş verib. Onun süd satan olduğu deyilir. Qəza nəticəsində qadının satmaq üçün götürdüyü süd və qatıq məhsulları yola dağılıb.
 
Ətrafındakıların köməyi ilə xəstəxanaya qaldırılan yaralı qadın ora çatanadək yolda keçinib. Ölən piyadanın kimliyi məlum deyil və hazırda dəqiqləşdirilir.
 
Qeyd edək ki, qəza zamanı mikroavtobusda sərnişin olmayıb. Sürücü səhər tezdən işlədiyi marşurut xəttə üzrə yola çıxırmış. Hadisə də məhz bu zaman piyada baş verib.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR