BAKIDA DƏHŞƏT - Evində boğazını kəsib öldürdülər

BAKIDA DƏHŞƏT - Evində boğazını kəsib öldürdülər
09:23 24 May 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qətl hadisəsi törədlib.

Hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, rayonun Müşfiq qəsəbəsində 1960-cı il təvəllüdlü Xələfov Şamil Səristan oğlu öz evində naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov bildirib ki, Ş.Xələfov boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin onun öldüyü məlum olub.

Hadisə barədə Qaradağ rayon Polis İdarəsi və Qaradağ rayon Prokurorluğu məlumatlandırılıb.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/279745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR