Azərbaycanda AĞIR QƏZA: yaralı var

Azərbaycanda AĞIR QƏZA: yaralı var
09:59 24 May 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

 
Qaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Qax-Qum avtomobil yolunda baş verib.
 
İki  minik avtomobilinin toqquşması nəticəsində iki nəfər, Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü  Tural Ramiz oğlu Həsənov və Qax rayonu Fıstıqlı kənd sakini, 1963-cü il təvəllüdlü Fərrux Səməd oğlu Səmədov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Qax rayon sakini F. Səmədov xəsarətləri yüngül olduğundan xəstəxanaya getməkdən imtina edib. T. Həsənov isə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR