Ölkə tarixində BİR İLK: qadın namizəd prezidentlik uğrunda yarışacaq

Ölkə tarixində BİR İLK: qadın namizəd prezidentlik uğrunda yarışacaq
10:13 24 May 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstan iyunun 9-da prezident seçkilərinə gedir.

Publika.az xəbər verir ki, hazırkı prezident Karım Comərd-Tokayevin aprelin 9-da növbədənkənar seçkilər keçirilməsini ehtiva edən qanunu imzalamasından sonra seçki kampaniyası rəsmi şəkildə start götürüb.

Seçkilərin diqqət çəkən məqamlarından biri isə Qazaxıstan tarixində bir qadının öz namizədliyini irəli sürməsidir.

Prezident seçkilərində 11 milyon 814 min seçici yerli vaxtla saat 07:00-20:00 arasında öz səsvermə hüququndan istifadə edəcək. Mərkəzi Seçki Komissiyasının hesabatına görə, 14 əyalət və 3 böyük şəhərdə 10 mindən çox sandıq qoyulacaq.

Prezidentlik uğrunda Kasım Comərd Tokayev (Nur Otan Partiyası), Camb ıl Əhmədbəyov (Qazaxıstan Kommunist Xalq Partiyası), Daniya Espayeva (Ağ Yol Partiyası), Töleutay Rəhimbəyov (Auyl Partiyası), Amangəldi Təspihov (Qazaxıstan Birlik Federasiyası), Sədibəy Tügel (Böyük Bozkır Qartalları Hərəkatı) və Əmircan Kosanov (Millət Taleyi Hərəkatı) yarışacaq.

Seçkilər beynəlxalq təşkilatlardan 300-dən çox müşahidəçi ilə yanaşı, 28 ölkədən 100-dən çox jurnalist tərəfindən izlənəcək.

Qazaxıstan Konsitutsiyasına görə, prezident seçkilərinə siyasi partiyalar və ictimai təşkilatlar namizəd çıxara bilir. Namziədlərin Qazaxıstanda anadan olması, 40 yaşdan kiçik olmaması, son 15 ildə ölkədə yaşaması, universitet məzunu olması, ən az 5 il ictimai sektorda fəaliyyət göstərməsi və qazax dilində bilməsi vacibdir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/279753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR