Unikal kadrlar: həkimlər vəfat etmiş uşaq üçün səf tutdular - VİDEO - FOTO

Unikal kadrlar: həkimlər vəfat etmiş  uşaq üçün səf tutdular - VİDEO - FOTO
11:12 24 May 2019
126 Maraqlı
Ölkə mətbuatı
A- A+

Vəfat etmiş uşaq əməliyyata aparılıb. Valideynlərinin qərarı ilə bu uşağın orqanları sonradan transplantasiya əməliyyatları üçün istifadə olunacaq.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 22 aylıq Kerolayn Sobolik aprelin 22-də vəfat etmişdi. Qızcığazın anası, 22 yaşlı Meqan Sobolikin dediyinə görə, əri Pol Soboliklə birlikdə qəbul etdikləri qərara görə, Kerolaynın orqanlarından xəstə uşaqlara yardım üçün istifadə olunacaq.

Kerolaynın olduğu xərək əməliyyat otağına aparılarkən hospitalın həkimləri və tibb bacıları dəhlizdə səf tutmuşdular. Onlar Kerolaynın anımına "Amazing Grace" mahnısını oxuyublar.

Olay Roçester şəhərindəki Mayo hospitalında yaşanıb.

ABŞ-ın Ayova ştatındakı Nyu-Hempton şəhərində yaşayan Maqan və Pol Soboliklərin qızı Kerolayn virus infeksiyası nəticəsində komaya düşmüşdü. Reanimasiya bölməsində üç dəfə ürəyi dayanan qızcığazı həkimlər xilas etməyə çalışsalar da, sonda Kerolaynın beyninin öldüyünü deyərək onun vəfatını qeydə alıblar.

Soboliklərin qərarına görə, Kerolaynın ürəyindən, qaraciyərindən və böyrəklərindən koma vəziyyətində olan üç uşağın xilası üçün transplantat qismində istifadə olunacaq.

Beləcə, vəfat etmiş Kerolayn üç uşağın həyatda qalmasına vəsilə olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/757001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR