Yevlaxda avtobusun aşması zamanı xəsarət alanlardan 16 nəfəri evə buraxıldı

Yevlaxda avtobusun aşması zamanı xəsarət alanlardan 16 nəfəri evə buraxıldı
13:22 24 May 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Yol qəzası nəticəsində Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 22 nəfərdən 16 nəfəri evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə xəstəxanadan məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda 3 nəfər - 2001-ci il təvəllüdlü Salmanlı İlahə Ramil qızı, sürücü Şərifov Xudaverdi Qəmbər oğlu və 1980-ci il təvəllüdlü İmanova Gülnurə Adil qızı Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicəsini davam etdirir. 2001-ci il təvəllüdlü Əkbərov Əziz Əkbər oğlu, 1977-ci il təvəllüdlü Hüseynova Aynurə Adil qızı və 2002-ci il təvəllüdlü Nəcəfli Aysu Azər qızının isə müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Xəstəxanaya gətirilən digər yaralıların isə vəziyyətləri normal olduğundan evə buraxılıblar.

Xatırladaq ki, dünən Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində mikroavtobusun aşması nəticəsində Yevlax rayon sakinləri, 2006-cı il təvəllüdlü İmanzadə Sevindik Tamerlan oğlu və Musayeva Səadət Məzahir qızı dünyasını dəyişib. 2001-ci il təvəllüdlü Salmanlı İlahə Ramil qızı, sürücü Şərifov Xudaverdi Qəmbər oğlu və 1980-ci il təvəllüdlü İmanova Gülnurə Adil qızı Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, Məmmədli Aygün Azər qızı (təvəllüd 1994), Behbudov Murad Hüseyn oğlu (təvəllüd 2002), Məhərrəmova Güllər Vidadi qızı (təvəllüd 1989), İbrahimov Şahlar Abbas oğlu (təvəllüd 1999), Əkbərov Əziz Əkbər oğlu (təvəllüd 2001), Cəfərova Fizzə Murtuz qızı (təvəllüd 1959), Hüseynova Aynurə Adil qızı (təvəllüd 1977), Alxanov Elşən Rövşən oğlu (təvəllüd 2000), Qədirli Aytac Teymur qızı (təvəllüd 2002), Nəcəfli Aysu Azər qızı (təvəllüd 2002), Həsənov Ümid İsmayıl oğlu (təvəllüd 2001), Nəsibli Ülviyyə Ədalət qızı (təvəllüd 2000), Məmmədova Nigar Azər qızı (təvəllüd 1999), Məmmədova Rüfanə Hüseyn qızı (təvəllüd 1993), Cəbrayılov Elzamin Pərviz oğlu (təvəllüd 2003), Mustafayev Murad Arif oğlu (təvəllüd 2003), 1936-cı il təvəllüdlü İsmayılova Güllər, 2003-cü il təvəllüdlü Əsgərov Müzəffər və Gəncalə adlı xanım isə travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan 1974-cü il təvəllüdlü Nəbiyeva Vəfa Yusif qızı və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nəbiyev Ramazan Səhlab oğlu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/757528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR