Stalinin şərəfini ləkələdilər

Stalinin şərəfini ləkələdilər
15:51 15 Yanvar 2015
185 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) keçmiş SSRİ-nin rəhbərlərindən biri İosif Stalinin təhqir edilməsi ilə bağlı edilən müraciəti rədd edib.

ANS PRESS-in məlumatına görə, Stalinin nəvəsi Yevgeni Cuqaşvili babasının təhqir edilməsi və ona böhtan atılması iddiası ilə AİHM-ə müraicət edib. Belə ki, 2009-cu ildə nəşr edilən "Novaya qazeta" qəzetində 1940-cı il Polşa qətliamında Stalinin günahkar olduğu yazılıb.

Stalinin nəvəsi Yevgeni Cuqaşvili isə bunun babasına qarşı böhtan, təhqir olduğunu, bu yazıların Stalinin şərəfini ləkələdiyini bildirib.

Bundan sonra o, Rusiya məhkəməsinə müraciət edib. Rus məhkəmələri iddianı rədd edəndən sonra o, AİHM-yə müraciət edib. Lakin bu dəfə də iddia rədd edilib. Səbəb olaraq bildirilib ki, Stalin tarixi şəxsiyyət olduğundan ictimai araşdırma və tənqidə açıqdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR