Çəkilişdə yenə qəza oldu - Əməliyyat olunacaq...

Çəkilişdə yenə qəza oldu - Əməliyyat olunacaq...
14:47 24 May 2019
Ölkə mətbuatı
A- A+

"Ceyms Bond" film silsiləsinin 25-ci çəkilişində qəza baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işinin baş qəhrəmanı Deniel Kreyk ayağından yaralanıb.

O, biləyindən yaranan problemlə bağlı xəstəxanaya aparılıb.  Həkimlər qeyd edib ki, 51 yaşlı aktyor əməliyyat olunmalıdır. Bu səbəbdən ekran işinin çəkilişlərinə fasilə verilib.  Kreyk iki həftə xəstəxanada qalmalı olacaq.

Qeyd edək ki, 2020-ci ildə premyerası düşünülən filmin adı hələlik mətbuata açıqlanmayıb.  Layihənin rehissoru yenə də Cary Joji Fukunagadır.

Xatırladaq ki, aktyor bu ayın əvvəlində də qəza keçirmiş, ayağı ilə bağlı xəstəxanaya aparılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/757467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR