Bu yol bağlanacaq - Səbəb

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00 dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

"Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər. Qısa müddətlik yarana biləcək narahatlığa görə üzr istəyirik və sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edirik"-deyə məlumata bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR