Tramp bu şəxsi təhqir etdi: Daş kimi kütdür!

Tramp bu şəxsi təhqir etdi: Daş kimi kütdür!
14:57 24 May 2019
119 Dünya
Ölkə mətbuatı
A- A+

"ABŞ Prezidenti Donald Tramp sabiq dövlət katibi Reks Tillersonu küt adlandırıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bunu öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib ki, R.Tillerson Rusiya Prezidenti Vladimir Putinin ondan daha hazırlıqlı olması barədə hekayə uydurub:

"Reks Tillerson daş kimi küt bir adamdır və dövlət katibi vəzifəsinə qətiyyən uyğun biri deyil. O hekayə uydurub ki, guya mənim 2017-ci ilin iyulunda Hamburqda Putinlə görüşüm zamanı, o məndən daha hazırlıqlı olub. Hesab etmirəm ki, Putin bu fikirlə razılaşar".

Qeyd edək ki, Donald Tramp Reks Tillersonu ötən ilin martında dövlət katibi vəzifəsindən azad etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/757445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR