Gürcüstandan qanunsuz külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb

Gürcüstandan qanunsuz külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb
15:12 24 May 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21011" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının iç hissəsində gizlədilmiş 7680 ədəd "King" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/hansi-olkeden-azerbaycana-qanunsuz-yolla-siqaret-getirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR