Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər

Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər
15:15 24 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

“Cənub Qaz Dəhlizi”nin ixrac gücü Azərbaycan, Türkmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz hesabına genişləndirilə bilər.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Katibinin iqtisadi inkişaf, enerji və ətraf mühit məsələləri üzrə müavini Manişa Sinq deyib.

O bildirib ki, təbii ehtiyatların nəqli sahəsində uğurlu nümunə kimi Cənubi Qafqaz və Trans-Anadolu qaz kəmərlərini göstərmək olar:

“Bir sıra ölkələr bu vacib enerji layihəsinin inkişafında vacib rol oynayıb. Hazırda qaz “Cənub Qaz Dəhlizi” vasitəsilə Türkiyəyə daxil olur və biz səbrsizliklə Trans-Adriatik qaz kəmərinin tikintisinin başa çatmağını gözləyirik”.

M.Sinqh əlavə edib ki, ABŞ resurslara etibarlı çıxış yaradan bütün enerji layihələrini dəstəkləyir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3067344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR