HADİSƏ! Bələdiyyə başçısı ürəyindən bıçaqlanaraq öldürüldü

Türkiyədə Doğanhisar bələdiyyə başçısı İhsan Öztoklu Başköy məhəlləsində bıçaqlı hücuma məruz qalıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, verilən məlumata görə Başköy məhəlləssinə gələn Öztoklu plakatdakı afişanın çıxarılması səbəbilə çıxan mübahisədə əvvəlki bələdiyyə başçısı Abdullah K-nın oğlu Abdurrahman K. tərəfindən bıçaqlanıb.

Ətrafdakıların xəbərdarlığından sonra İhsan Öztoklu xəstəxanaya yerləşdirilib. Ürəyindən bıçaq zərbəsi alan adam bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Hadisə ilə bağlı Abdurrahman K, Doğanhisar bələdiyyə başçısı namizədi Abdullah K və qardaşı Osman K. saxlanılıb. Şübhəlilər barədə istintaq davam edir.


https://metbuat.az/news/1194546/kucenin-ortasinda-dehsetli-cinayet.html?fbclid=IwAR10vkIc6_jkuVsZAxzwc7d7JE-h5lXYqrGEQcMq3c9pcSUkx0PLseQep08


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR