Ziyafət Əsgərov: Dağlq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil

Ziyafət Əsgərov: Dağlq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil
15:22 24 May 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil. Ermənilərin 200 il ərzində Azərbaycan ərazilərinə iddiası olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib.

Z.Əsgərov bildirib ki, ermənilər Qafazın aborigen xalqı deyil, sonradan bu ərazilərə gəlmədirlər.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə Fransada Millətlər Liqasına müraciət etdi və Azərbaycanı həmin liqada tanıdılar: “Həmin dövrdə ermənilər də liqaya müraciət etdilər, ancaq onları qəbul etmədilər, dedilər ki, sizin əraziniz yox, dövlətiniz yox, sərhədiniz yox, sizi nə adla qəbul edək?”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3067418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR