Gürcüstan parlamentinin komitə sədri: “Keşikçi Dağla bağlı məsələni siyasiləşdirmək olmaz”

Gürcüstan parlamentinin komitə sədri: “Keşikçi Dağla bağlı məsələni siyasiləşdirmək olmaz”
15:37 24 May 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava hər kəsi Keşikçi Dağı Məbəd-Kompleksiilə bağlı məsələni siyasiləşdirməkdən çəkinməyə çağırıb.
“Report”un yerli bürosu xəbər verir ki, o, bu məsələnin Gürcüstanın dövlət maraqlarına aid olduğunu deyib.
T. Xulordava bildirib ki, məbəd kompleksi məsələsinə soyuqqanlı yanaşmaq lazımdır: “Sərhədlə bağlı danışıqlar prosesinə əlavə çətinliklər yaratmaq olmaz. Azərbaycanda sərhədin delimitasiyası üzrə komissiyanın iclası keçirilir. Komissiyanın fəaliyyətinin nəticələrini gözləmək lazımdır”.
Komitə sədri qeyd edib ki, həddindən artıq gərginlik danışıqlar prosesinə mane olmamalıdır. 


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/gurcustan-parlamentinin-komite-sedri-kesikci-dagla-bagli-meseleni-siyasilesdirmek-olmaz

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR