Azərbaycan güləşçisi İtaliyadakı yarışda finala yüksəlib

Azərbaycan güləşçisi İtaliyadakı yarışda finala yüksəlib
15:52 24 May 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan güləşçisi Elmira Qəmbərova İtaliyanın Sassari şəhərində keçirilən Matteo Pelikone Memorialında finala yüksəlib.
"Report"un məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda İsveç idmançısı Malin Yohanna Matsonu 7:4 hesabı ilə üstələyib. O, finalda Mallari Velte (ABŞ) - Henna Yohanson (İsveç) cütünün qalibi ilə qarşılaşacaq. 
Bu çəkidə mübarizə aparan Elis Manolova və Tatyana Omelçenko 1/8 finalda uduzaraq mübarizəni dayandırıblar. 57 kq çəki dərəcəsindəki Alyona Kolesnik də 1/8 finalda uduzaraq medalsız qalıb. 
Qeyd edək ki, final görüşləri bu gün axşam saatlarında təşkil olunacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-gulescisi-i-taliyadaki-yarisda-finala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR