Zakir Qaralov Gəncədə vətəndaşlarla görüşdü - FOTO

Zakir Qaralov Gəncədə vətəndaşlarla görüşdü - FOTO
15:53 24 May 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş prokuror Zakir Qaralov mayın 24-də Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, SamuxGöygöl rayonlarından olan vətəndaşları qəbul edib.

Publika.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ümummill lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 44 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/279807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR