Azərbaycan və Rusiya nüvə enerjisindən dinc məqsədlərlə istifadədə əməkdaşlıq imkanları müzakirə edib

Azərbaycan və Rusiya nüvə enerjisindən dinc məqsədlərlə istifadədə əməkdaşlıq imkanları müzakirə edib
17:17 24 May 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası “Rosatom”un nümayəndə heyəti arasında görüş olub. 
Bu barədə “Report”a Nazilriyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 360 təşkilatı özündə birləşdirən nüvə enerjisi üzrə beynəlxalq korporasiya şirkəti və Azərbaycan tərəfinin rəsmiləri ümumi əlaqələrin durumu, gələcək perspektiv üzrə müzakirələrin keçirilməsi haqqında danışıqlar aparıblar.
Tərəflər nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə Rusiya tərəfindən “Rosatom” şirkətinin direktor müavini Spasskiy Nikolay Nikolayeviç, Merten Aleksandr Aleksandroviç və “Rusatom” Beynəlxalq Şəbəkəsinin direktoru iştirak edib.
Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC ilə “Rosatom” dövlət korporasiyasının qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə edilib. Danışıqların əsas mövzusu nüvə fizikası və reaktoru sahəsində mütəxəssisin hazırlanması, gələcəkdə bu işlərin genişləndirilməsi olub. 
Azərbaycandakı Mərkəzin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq “Rosatom” şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb. Bundan başqa milli nüvə, elmi tədqiqat obyektlərinin qurulması, iki şirkət arasında bu istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələsinə də toxunulub.
Növbəti mərhələdə “Rosatom” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana gəlişi və nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq “Rosatom” şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-ve-rusiya-nuve-enerjisinden-dinc-meqsedlerle-istifadede-emekdasliq-imkanlari-muzakire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR