“Liverpul” UEFA-dan narazıdır - Biletlərə görə

“Liverpul” UEFA-dan narazıdır - Biletlərə görə
18:32 24 May 2019
106 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" Çempionlar Liqasının finalında "Tottenhem"lə qarşılaşacağı matç üçün UEFA-nın bilet bölüşdürməsindən narazıdır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. UEFA, 67 min 829 nəfərlik tutumu olan "Vanda Metropolitano" stadionunda keçiriləcək final oyunu üçün "Liverpul"a 16 min 613 bilet ayırıb.

"Liverpul" klubunun icraçı direktoru Piter Murun növbəti həftə UEFA-nın prezidenti Aleksandr Çeferinlə görüşəcəyi və bu məsələni müzakirə edəcəyi bildirilir.

"Liverpul" - "Tottenhem" matçı iyunun 1-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/757589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR